Zelenski Kişineu hava limanında dayanacaq zamanı Trampın nümayəndələri ilə görüşüb

2026/06/1780974398.jpg
Oxunub: 506     01:07     09 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesablarında paylaşım edib.

O, Kişineu hava limanında dayanacaq zamanı baş tutan söhbəti “çox müsbət” kimi qiymətləndirib.

Zelenskinin sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üçün diplomatik səylərin intensivləşdirilməsi məsələsini, eləcə də qarşıdan gələn beynəlxalq tədbirləri, o cümlədən G7 sammitini müzakirə ediblər.

Ukrayna lideri bildirib ki, o, həmsöhbətlərinə mövcud vəziyyət və Moskvanın mövqeyi ilə bağlı Kiyevin qiymətləndirmələrini təqdim edib. Bundan əlavə, Zelenski göstərilən dəstəyə və “ukraynalılara olan hörmətə” görə təşəkkürünü ifadə edib.

Ukrayna Prezidenti etiraf edib ki, hazırda beynəlxalq ictimaiyyətin diqqəti əsasən İran ətrafında yaranmış vəziyyətə yönəlib.

Məlumatda qeyd olunur ki, sözügedən danışıq Ukrayna nümayəndə heyətinin xarici səfər marşrutlarında dəyişikliklərin edilməsi və prezident səfərlərinin logistikasının yenidən tənzimlənməsi barədə xəbərlərin yayıldığı dövrdə baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Uitkoff   Kuşner  


Bizi "telegram"da izləyin