Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan edib

2026/03/1773688082.jpg
Oxunub: 235     11:57     06 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan guya səsvermədə iştirak etmək üçün Rusiyadan gələn hərbi xidmətə çağırış yaş həddində olan kişilərin ölkədən çıxışına qadağa qoyulması barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Mənbələrin məlumatına görə, hökumət başçısı həmin kateqoriyadan olan vətəndaşların ölkədən çıxışının tam məhdudlaşdırılmasını tapşırıb. İddia olunur ki, söhbət seçkilərdə iştirak etmək məqsədilə yaxın vaxtlarda Ermənistana gəlmiş çağırış yaşlı kişilərdən gedir.

Həmçinin bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi artıq ölkəyə gələn vətəndaşlar arasından ayrıca bir bölmə formalaşdırıb. Siyasi prosedurlar başa çatdıqdan sonra onların hərbi xidmətə cəlb olunacağı elan edilə bilər.

Yayılan məlumatlara əsasən, belə şəxslərin müəyyən edilməsi üçün səsvermə zamanı seçki məntəqələrində pasportlara vurulan möhürlərdən istifadə oluna bilər. Bundan əlavə, iddialara görə, polis və sərhəd xidmətlərinin informasiya sistemləri vətəndaşların operativ şəkildə müəyyən edilməsinə və məlumatların dövlət bazaları ilə müqayisə edilməsinə imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin