Ermənistanın keçmiş nəqliyyat naziri bir aylıq həbs edilib

2026/06/1780683274.jpg
Oxunub: 215     22:15     05 İyun 2026    
Ermənistanın keçmiş nəqliyyat naziri Qaqik Beqlaryan barəsində bir aylıq həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Qaqik Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulmasında ittiham olunur.

Qeyd edilir ki, məhkəmə onun bir ay müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Beqlaryan  


Bizi "telegram"da izləyin