Ordu.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Məlumata görə, qara geyimli onlarla şəxs cümə gecəsi Parisin 10-cu dairəsində yerləşən barlardan birinə hücum edib.
Onlar barın pəncərələrinə və bir-birilərinə tərəf stullar və müxtəlif əşyalar atıblar.
Polisin məlumatına əsasən, saxlanılan şəxslərin üzərindən soyuq silah aşkarlanıb. Saxlanılanlar arasında “Nitsa” azarkeşlərinin də olduğu bildirilib.
Toqquşmalar nəticəsində altı nəfər xəsarət alıb.
Fransa Kubokunun final oyunu cümə günü yerli vaxtla saat 21:00-da “Stad de Frans” stadionunda keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az