Rubio İranla bağlı danışıqlarda kiçik irəliləyiş olduğunu açıqlayıb

2026/05/1779445911.jpg
Oxunub: 311     14:29     22 May 2026    
ABŞ administrasiyası İranla bağlı aparılan danışıqlarda müəyyən kiçik irəliləyiş qeydə alındığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio İsveçin Helsingborq şəhərində keçiriləcək NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində açıqlama verib.

Rubio bildirib ki, hazırda davam edən danışıqlarla bağlı hesabatları gözləyirlər və müəyyən kiçik irəliləyiş müşahidə olunur.

O qeyd edib ki, bu irəliləyişi şişirtmək istəmir, lakin müəyyən hərəkətliliyin olması müsbət haldır.

ABŞ dövlət katibi vurğulayıb ki, əsas prinsiplər dəyişməz qalır və İranın nüvə silahına sahib olması qəbuledilməzdir.

Onun sözlərinə görə, Tehran heç vaxt nüvə silahı əldə etməməlidir və bu məqsədə nail olmaq üçün uranın zənginləşdirilməsi məsələsi həll edilməlidir.

Rubio əlavə edib ki, yüksək səviyyədə zənginləşdirilmiş uran məsələsinin də həlli vacibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   İran   ABŞ  


Bizi "telegram"da izləyin