Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Fransadakı İran səfiri Məhəmməd Əmin-Nejad bildirib ki, İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin daha effektiv idarə olunması üçün bütün resursları səfərbər etməlidir.
Onun sözlərinə görə, bu sistemin saxlanılması müəyyən xərc tələb edir və gəmilərin keçidindən fayda əldə edən tərəflər də öz paylarını ödəməlidir.
Diplomat əlavə edib ki, yaradılması planlaşdırılan sistem bütün iştirakçılar üçün kifayət qədər şəffaf olacaq.
Sevinc Əliyeva
Ordu.az