Fransada İran ətrafındakı vəziyyət səbəbindən əlavə xərclərin 6 milyard avronu keçdiyi açıqlanıb

2026/03/1772774767.jpg
Oxunub: 363     12:30     22 May 2026    
İran ətrafındakı münaqişənin Fransa iqtisadiyyatına 6 milyard avrodan çox əlavə xərc yaratdığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Rolan Leskür “Financial Times” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranla müharibə nəticəsində yaranan gözlənilməz xərclərin əsas hissəsi faiz ödənişlərinin artması ilə bağlıdır.

Nazir əlavə edib ki, vergi daxilolmalarının da gözləniləndən aşağı olacağı proqnozlaşdırılır.

“Financial Times” xatırladıb ki, Paris yaxın zamanda 2026-cı il üzrə iqtisadi artım proqnozunu 1 faizdən 0,9 faizə endirib.

Məlumata görə, ilin birinci rübündə Fransanın ÜDM-i durğunluq yaşayıb, işsizlik səviyyəsi isə son beş ilin ən yüksək göstəricisi olan 8,1 faizə çatıb.

Leskür bildirib ki, buna baxmayaraq, Fransa iqtisadiyyatı nüvə enerjisinə əsaslanan enerji balansı və sosial müdafiə sisteminin hesabına hələlik sabitliyini qoruyur.

Nazir vəziyyətin hazırda “qırmızı deyil, narıncı siqnal” səviyyəsində olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran  


Bizi "telegram"da izləyin