Boliviyanın əmək naziri etiraz aksiyalarına görə istefa verib

2026/05/1779432518.jpg
Oxunub: 359     10:44     22 May 2026    
Boliviyanın əmək, məşğulluq və sosial təminat naziri Edqar Morales Mamani ölkədə davam edən hökumət əleyhinə etirazlar fonunda istefa verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Boliviyanın ABI dövlət xəbər agentliyi məlumat yayıb.

Nazir bildirib ki, məqsədi ölkədə dialoqa və sabitliyə töhfə verməkdir.

“Mən buradayam ki, dialoqa dəstək olum və ölkəmizdə sülh bərqərar olsun. Buna görə də əmək naziri vəzifəsindən istefa verirəm”, - deyə Morales Mamani bildirib.

Daha sonra agentlik Boliviya Prezidenti Rodriqo Pasın yeni əmək naziri vəzifəsinə Uilyams Xose Baskope Larutanı təyin etdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boliviya   İstefa  


Bizi "telegram"da izləyin