Fariz İsmayılzadə: "Azərbaycan mühüm texnoloji transformasiya mərhələsindən keçir"

2026/02/dsfsd-1771401232.jpg
Oxunub: 234     14:22     21 May 2026    
Azərbaycan mühüm texnoloji transformasiya mərhələsindən keçir.

Ordu.az xəbər verir ki, bunu ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

O bildirib ki, ölkə ənənəvi neft və qaz mənbələrindən asılılığı azaltmağa çalışır və bərpa olunan enerji sahəsinə ciddi diqqət ayırır:

"Bununla yanaşı, şəhər idarəçiliyi, nəqliyyat sistemi və gündəlik urban həyatında "ağıllı həllər" və müasir texnologiyaların tətbiqi istiqamətində işlər görülür. Demoqrafik dəyişikliklər də artıq həm dövlət siyasətində, həm də akademik araşdırmalarda mərkəzi mövzulardan birinə çevrilib. Buna görə də universitetlər öz tədqiqat fəaliyyətlərini əsasən texnologiya, ətraf mühit və demoqrafiya üzərində qururlar. Bu problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nisbətən kiçik ölkə olduğundan, bu məsələləri təkbaşına həll etmək mümkün deyil".

Deputat qeyd edib ki, xüsusilə Xəzər dənizi və regional su ehtiyatları ilə bağlı problemlərdə qonşu ölkələrlə əməkdaşlıq vacibdir:

"Eyni zamanda, Yaxın Şərq ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərmək, bu problemlərə dair beynəlxalq diqqəti artırmaq zəruridir. Texnologiya sahəsində isə Azərbaycan inkişaf etmiş ölkələrlə əməkdaşlığı genişləndirməyə, süni intellekt, məlumatların analizi və ağıllı texnologiyaların tətbiqini gücləndirməyə çalışır. Universitetlər həm yerli təşəbbüslər, həm də beynəlxalq tərəfdaşlıqlar vasitəsilə qlobal təcrübədən yararlanaraq ölkənin dayanıqlı inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fariz-İsmayılzadə   WUF13  


Bizi "telegram"da izləyin