Mirzoyan: “Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa meylli deyilik”

2026/01/1769603955.jpg
Oxunub: 344     13:06     21 May 2026    
“Biz Ermənistan-Rusiya münasibətlərində hər hansı gərginlik yaratmağa meylli deyilik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamalarına münasibət bildirərkən deyib.

Mirzoyanın sözlərinə görə, Ermənistan münasibətlərin normal şəkildə davam etməsinin tərəfdarıdır.

“Biz tərəfdaşlığımızın normal şəkildə davam etməsinə meylliyik”, - deyə erməni nazir qeyd edib.

O, həmçinin Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakı ilə bağlı açıqlamasına münasibət bildirib.

“Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaq istəyi ifadə etməyib, buna görə də ölkənin təşkilatdan çıxması məsələsi müzakirə oluna bilməz”, - deyə Mirzoyan bildirib.

Erməni nazir qeyd edib ki, Ermənistanın təşkilatda iştirakının dondurulması da mümkün deyil.

Xatırladaq ki, Sergey Şoyqu Ermənistan hakimiyyətinin siyasətinin Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmədiyini bildirmişdi.

Aleksey Overçuk isə Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim qarşısında olduğunu demişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin