Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

2026/05/1779346712.jpg
Oxunub: 367     10:53     21 May 2026    
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Niderland Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Marike Monroy-Vinteri və yeni təyin olunmuş müdafiə attaşesi, polkovnik-leytenant Aalert Heralt Hayubrexdsi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi və perspektivləri, həmçinin NATO və Avropa İttifaqı ilə çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Niderland  


Bizi "telegram"da izləyin