Ordu.az-ın məlumatına görə, bunu "Qətər" fondunun Həməd bin Xəlifə Universitetinin dövlət siyasəti üzrə professoru və York Universitetinin professoru Sultan Barakat Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusunda panel müzakirəsində bəyan edib.
"Beynəlxalq humanitar sistem həyatların xilas edilməsinə həddindən artıq, insanların müstəqil təşkilatlanma iradəsinin və qabiliyyətinin qorunmasına isə son dərəcə az diqqət yetirir", - professor vurğulayıb.
S.Barakat qeyd edib ki, məcburi köçkün vəziyyətinə düşmüş ailələr köçürülmənin artıq ikinci günündə öz mənzillərinin bərpası barədə düşünməyə başlayır, halbuki beynəlxalq təşkilatlar planlaşdırma prosesinə xeyli gecikmə ilə başlayır:
"Köçürülmənin ilk günündən insanların müstəqil təşkilatlanma və gələcək üçün plan qurma qabiliyyətinin dəstəklənməsinə diqqət yetirilməlidir".
Ordu.az