Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.
Nəşr qeyd edib ki, məsələn, Aştarak şəhərində bütün inzibati resurslardan istifadə etməklə və “səyyar qruplar” vasitəsilə mitinqə təxminən 500 nəfər gətirə biliblər.
“Şahidlərin sözlərinə görə, iştirakçıların böyük əksəriyyəti vilayət bələdiyyəsinin, icma bələdiyyənin və onlara tabe qurumların əməkdaşları olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az