Avropa İttifaqı Türkiyə və Ermənistan arasında ikitərəfli ticarətin başlanması ilə bağlı bəyanatı alqışlayıb

2026/04/1775489688.jpg
Oxunub: 361     11:17     14 May 2026    
Avropa İttifaqında Türkiyə və Ermənistan arasında ikitərəfli ticarət münasibətlərinin başlanması mühüm hadisə kimi qiymətləndirilib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi açıqlama verib.

“Avropa İttifaqı Türkiyənin Ermənistanla ikitərəfli ticarətə başlamaq barədə bugünkü bəyanatını səmimiyyətlə alqışlayır. Bu, münasibətlərin normallaşdırılması prosesində diqqətəlayiq hadisədir və bunu iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası üzrə ikitərəfli işçi qrupunun aprelin 28-də keçirilmiş son iclası da təsdiqləyir”, - deyə açıqlamada bildirilib.

Onun sözlərinə görə, bu mühüm addım iki ölkə arasında ticarət-iqtisadi imkanların genişlənməsinə töhfə verə və həm bütün Cənubi Qafqaza, həm də Avropa İttifaqına müsbət təsir göstərə bilər.

“Biz hər iki ölkəni əməkdaşlığı davam etdirməyə, o cümlədən ümumi sərhədin açılması istiqamətində addımlar atmağa çağırırıq”, - deyə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndəsinin bəyanatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin