ABŞ HHQ T-7A “Red Hawk” üçün istehsal qərarı verib

2026/05/havk--1778228855.jpg
Oxunub: 424     12:26     08 May 2026    
ABŞ Hərbi Hava Qüvvələri T-7A “Red Hawk” qabaqcıl reaktiv təlim təyyarəsi proqramını aşağı tempdə ilkin istehsal (Low-Rate Initial Production/LRIP) mərhələsinə keçirib.

Ordu.az xəbər verir ki, bu çərçivədə “Boeing” şirkətinə 14 ədəd təlim təyyarəsi, ehtiyat hissələri, dəstək avadanlıqları və təlim sistemlərini əhatə edən təxminən 219 milyon dollarlıq müqavilə verilib.

2026-cı ilin aprelində tamamlanan inkişaf sınaqları və qiymətləndirmə proseslərindən sonra verilən bu qərar ABŞ Hərbi Hava Qüvvələrinin 60 ildən artıqdır xidmətdə olan köhnə T-38 “Talon” təlim parkını əvəz etmə hədəfində mühüm mərhələ kimi qiymətləndirilir.

Proqram çərçivəsində uzunmüddətli perspektivdə ümumilikdə 351 ədəd T-7A “Red Hawk” təyyarəsinin və 46 ədəd yerüstü simulyatorun qarşıdakı on il ərzində Hava Təlim və Tədris Komandanlığına bağlı beş fərqli bazaya təhvil verilməsi planlaşdırılır.

T-7A “Red Hawk” pilotları dördüncü, beşinci və gələcək altıncı nəsil döyüş təyyarələri ilə bombardman platformalarına hazırlamaq məqsədilə hazırlanıb. Platformada qabaqcıl avionik sistemlər və müasir simulyasiya infrastrukturu mövcuddur.

Rəqəmsal inkişaf prosesi

T-7A “Red Hawk” ABŞ Hərbi Hava Qüvvələri üçün tamamilə rəqəmsal dizayn və mühəndislik üsulları ilə hazırlanan ilk təyyarə xüsusiyyətini daşıyır.

Bu yanaşmanın inkişaf müddətini azaltması, istehsal proseslərini sürətləndirməsi və texniki xidmət-idamə fəaliyyətlərini asanlaşdırması hədəflənir.

ABŞ Hərbi Hava Qüvvələri proqramın erkən mərhələlərində istehsal və sınaq risklərini idarə edə bilmək məqsədilə T-7A-nın mərhələli aşağı tempdə istehsal strategiyası ilə irəliləyəcəyini açıqlayıb. Buna görə ilk üç istehsal partiyasının hər biri üçün ayrıca təsdiq prosesi həyata keçiriləcək.

Rəsmilər bildirirlər ki, bu metod davam edən sınaqlardan əldə olunan nəticələrin istehsal prosesinə inteqrasiya edilməsinə imkan yaradacaq.

Sınaq prosesində yaşanan problemlər

Proqramın əvvəlki uçuş sınaqlarında xüsusilə fövqəladə vəziyyətdə təxliyə sistemi ilə bağlı müxtəlif problemlər aşkarlanıb və bu vəziyyət təhvil qrafikində gecikmələrə səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələri T-7A-nın 2027-ci ildə ilk əməliyyat qabiliyyətinə çatmasını hədəfləyərkən mühəndislik işləri, istehsal fəaliyyətləri, təlimatçı hazırlıqları, texniki heyətin təlimləri və inkişaf sınaqları davam edir.

Proqram çərçivəsindəki sınaq fəaliyyətlərinin mühüm hissəsi Kaliforniyadakı “Edwards” Hərbi Hava Bazasında həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   T-7A-Red-Hawk  


Bizi "telegram"da izləyin