Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda Əmirliklərin hava hücumundan müdafiə sistemləri İranın buraxdığı raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir”, - deyə qurumun “X” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.
Nazirlik, həmçinin təsdiqləyib ki, ölkənin müxtəlif bölgələrində sakinlərin eşitdiyi partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin adi fəaliyyətinin nəticəsi olub.
Fars körfəzi bölgəsində gərginliyin yeni dalğası cümə axşamı axşamı ABŞ və İran arasında qarşılıqlı zərbələrdən sonra başlayıb. İran dövlət televiziyasının məlumatına görə, buna səbəb ABŞ hərbçilərinin İran tankerinə hücumu olub.
“Tasnim” agentliyinin məlumatına əsasən, buna cavab olaraq İran Hörmüz boğazı yaxınlığında yerləşən üç ABŞ mina gəmisinə raket və kamikadze pilotsuz uçuş aparataları ilə hücum edib.
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) raket mina gəmilərinə hücum faktını təsdiqləyib və İran ərazisində yerləşən hərbi obyektlərə cavab zərbələri endirildiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp isə tərəflər arasında atəşkəsin qüvvədə qalmaqda davam etdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az