Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“Hal-hazırda əmirliklərin hava hücumlarından müdafiə vasitələri İran istiqamətindən buraxılmış raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirməkdədir”, -deyə qurumun “X” səhifəsindəki məlumatında qeyd olunub.
Nazirlik eyni zamanda vətəndaşlar arasında partlayış səslərinin eşidilməsi ilə bağlı narahatlıqlara aydınlıq gətirərək, bunun HHM sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğunu əmin edib.
Ordu.az