ABŞ Silahlı Qüvvələri İran qüvvələrinə endirilən “cavab” zərbələri barədə məlumat yayıb

2026/03/1773466996.jpg
Oxunub: 402     10:04     08 May 2026    
ABŞ Silahlı Qüvvələri mayın 7-də İranın təxribat olmadan həyata keçirdiyi hücumların qarşısını alıb və ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raketlərlə təchiz olunmuş esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən özünümüdafiə məqsədilə cavab zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Komandanlığın məlumatına görə, İran qüvvələri beynəlxalq dəniz dəhlizindən keçən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Thruxton”, “Rafael Peralta” və “Mason” esmineslərinə çoxsaylı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlar yönəldib.

Amerika obyektlərinə zərər dəyməyib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xarici təhdidləri aradan qaldırıb və Amerika qüvvələrinə hücumlara görə məsuliyyət daşıyan İran hərbi obyektlərinə zərbələr endirib. Bu obyektlərə raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançaları, komanda məntəqələri, həmçinin kəşfiyyat, müşahidə və nəzarət qovşaqları daxildir.

CENTCOM eskalasiyaya can atmır, lakin Amerika qüvvələrini qorumaq üçün döyüş hazırlığını saxlayır”, - deyə bəyanatda qeyd olunub.

Daha əvvəl İran zərbələr nəticəsində ABŞ-yə məxsus üç esminesin Hörmüz boğazını tərk etdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin