Ordu.az xəbər verir ki, SINAN ASELSAN SYSTEMS LLC adlı şirkətin yaradılması barədə razılaşma SAHA 2026 sərgisi çərçivəsində əldə olunub.
Müqaviləni ASELSAN-ın baş direktoru Ahmet Akyol və “Sinan Advanced Industries” şirkətinin baş direktoru Majid El Hina imzalayıb.
Akyol bildirib ki, bu təşəbbüs Türkiyə ilə Oman arasında əməkdaşlığın inkişafına töhfə verəcək.
“Bu layihə iki ölkə arasında münasibətlərin daha da güclənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az