REPKON SAHA 2026-nın ilk günündə diqqət mərkəzində olub

2026/05/1778005437.jpg
Oxunub: 518     22:16     05 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi İstanbul Sərgi Mərkəzində Türkiyənin müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və digər rəsmi şəxslərin iştirakı ilə açılıb.

Ordu.az xəbər verir ki, tədbir 2026-cı il mayın 5-dən 9-dək davam edəcək və 120-dən çox ölkədən iştirakçıları bir araya gətirir.

“REPKON Holding” sərginin ilk günündə beynəlxalq nümayəndə heyətləri və media qurumlarının böyük marağı ilə qarşılanıb.

Şirkət sursat istehsalı üzrə açar təhvil layihələri, qabaqcıl istehsal texnologiyaları və yerli sistemləri ilə diqqət çəkib.

Bildirilib ki, REPKON Türkiyə Silahlı Qüvvələri üçün qumbaraatan sistemləri üzrə yeganə sertifikatlaşdırılmış təchizatçı kimi çıxış edir.

Şirkətin rəhbərliyi qeyd edib ki, onların fəaliyyəti dizayn, istehsal və inteqrasiyanı əhatə edən kompleks yanaşmaya əsaslanır və bu, onları qlobal səviyyədə etibarlı tərəfdaşa çevirir.

REPKON hazırda 20-dən çox ölkədə fəaliyyət göstərir və Asiya, Cənubi Amerika və Avstraliya bazarlarını prioritet istiqamətlər kimi müəyyən edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: REPKON   SAHA-2026  


Bizi "telegram"da izləyin