Ordu.az xəbər verir ki, SAHA 2026 çərçivəsində keçirilən imza mərasimi ilə qüvvəyə minən razılaşma müdafiə sənayesi ekosistemində əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
Müqaviləyə əsasən, AKYA torpedosu üçün yüksək enerji sıxlığına malik litium əsaslı batareya sistemlərinin seriyalı istehsalı “Altınay Savunma” tərəfindən həyata keçiriləcək.
Bildirilib ki, sualtı platformalarda istifadə olunan ağır torpedolar üçün hazırlanmış bu sistem yüksək güc sıxlığı ilə sürət və manevr imkanlarını artırır, enerji idarəetməsi sayəsində fəaliyyət müddətini optimallaşdırır və çətin dəniz şəraitində etibarlı işləməni təmin edir.
ROKETSAN-ın baş direktor müavini Halid Bulut bildirib ki, layihədə yerli imkanların maksimum səviyyədə istifadəsi prioritetdir.
“AKYA layihəsi donanmamızın “Mavi Vətən”də əsas zərbə gücüdür və biz “Altınay Savunma” kimi tərəfdaşların mühəndislik imkanlarını bu layihəyə inteqrasiya etməkdən məmnunuq”, - deyə o qeyd edib.
“Altınay Savunma”-nın baş direktoru Z. Burak Mercan isə bildirib ki, bu əməkdaşlıq şirkət üçün mühüm əhəmiyyət daşıyır və layihəyə texnoloji töhfə verməkdən qürur duyurlar.
Sevinc Əliyeva
Ordu.az