“Dünya tarixində, ehtimal ki, ən ciddi enerji böhranlarından biri ilə üz-üzədir”.
Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Den Yorqensen Brüsseldə Moldova ilə keçirilən yüksək səviyyəli enerji dialoqu zamanı bildirib.
“Bu kontekstdə Avropa İttifaqı ilə Moldova arasında enerji tərəfdaşlığı möhkəm və perspektivlidir. Əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün aydın və təcili maraqlarımız var. Moldova Avropa İttifaqına üzvlük yolunda irəlilədikcə, təhlükəsiz, dayanıqlı və müstəqil enerji sisteminin qurulması əsas prioritet olaraq qalır”, - deyə o qeyd edib.
Bildirilib ki, görüşdə enerji təhlükəsizliyi, mövsümi hazırlıq, elektrik və qaz bazarında islahatlar, strateji infrastruktur və bərpa olunan enerji mənbələri müzakirə olunub.
“Avropa İttifaqı Moldovaya siyasi, texniki və maliyyə dəstəyini davam etdirəcək və enerji sisteminin Avropa ilə inteqrasiyasını genişləndirməyə kömək edəcək”, - deyə açıqlamada vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az