Çadda silahlı hücum zamanı 23 hərbçi ölüb

2019/01/Niger-1546514991.jpg
Oxunub: 354     20:01     05 May 2026    
"Boko Haram" qruplaşmasının yaraqlıları Çadda hərbi bazaya hücum ediblər.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun çərşənbə axşamı verdiyi bəyanatda bildirilib.

Məlumata görə, hücum nəticəsində azı 23 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 26 nəfər isə yaralanıb.

"Ordu bazar ertəsi axşam saatlarında Çad gölü bölgəsində baş verən hücumu dəf edib və hazırda ərazinin təmizlənməsi üzrə əməliyyatlar aparılır", - məlumatda qeyd olunub.

Çad Prezidenti Mahamat İdris Debi "Facebook" sosial şəbəkəsindəki bəyanatında silahlıların hücumunu pisləyib.

Xatırladaq ki, 2009-cu ildən bəri "Boko Haram" yaraqlıları öz nüfuzunu Nigeriyanın şimal-şərqindən Çadın qərbinə qədər genişləndirib və orada hərbi obyektlərə hücumlar intensivləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Silahlı-hücum  


Bizi "telegram"da izləyin