Ordu.az xəbər verir ki, bu alış 1970-ci illərdən istifadə olunan 57 ədəd “Puma” helikopterindən ibarət köhnə parkın yenilənməsinə yönəlib.
Məlumata görə, layihə Avropa İttifaqının SAFE maliyyə proqramı çərçivəsində həyata keçiriləcək.
2030-cu ildən sonra əlavə olaraq 30 helikopterin alınması da nəzərdə tutulur.
Bundan əlavə, 258 milyon avro dəyərində 12 ədəd hava müşahidə radarı alınacaq və ehtimal olunur ki, bunlar “Thales” şirkətinin GM200 radarları olacaq.
Ümumilikdə 8,3 milyard avro dəyərində olan paket çərçivəsində 232 ədəd KF-41 “Lynx” piyada döyüş maşını və 139 ədəd “Piranha 5” zirehli transportyorunun tədarükü planlaşdırılır.
Bu paket Rumıniyanın NATO-nun şərq cinahında müdafiə qabiliyyətini artırmağa yönəlib.
Sevinc Əliyeva
Ordu.az