Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran tərəfindən gələn təhdidlərə qarşı aktiv fəaliyyət göstərir.
“Bizim hava hücumundan müdafiə sistemlərimiz raket və pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə aktiv cavab verir”, - deyə BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik qeyd edib ki, əvvəlki gün 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Hadisə nəticəsində 3 nəfərin orta dərəcəli xəsarət aldığı bildirilib.
BƏƏ bəyan edib ki, İranın hücumlarına cavab vermək üçün “tam və qanuni hüququnu özündə saxlayır”.
Sevinc Əliyeva
Ordu.az