Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Xeyr, atəşkəs dayandırılmayıb. Nəticə etibarilə bu, ayrıca və müstəqil bir prosesdir və biz əvvəldən bilirdik ki, müəyyən sapmalar olacaq. Elə bu da baş verdi”, - deyə o qeyd edib.
Öz növbəsində, ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib ki, atəşkəs elan edildikdən sonra İran 10 dəfədən çox ABŞ qüvvələrinə hücum edib.
O əlavə edib ki, bu göstərici “genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanması həddi üçün kifayət qədər aşağıdır”.
Sevinc Əliyeva
Ordu.az