Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Naviqasiya və enerji daşıyıcılarının daşınmasının təhlükəsizliyi ABŞ və onun müttəfiqləri tərəfindən atəşkəs rejiminin pozulması və blokada tətbiqi səbəbindən təhlükə altına düşüb. Onların bu hərəkətləri nəticəsiz qalmayacaq”, - deyə Qalibaf qeyd edib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazında “Azadlıq” layihəsi barədə açıqlama verib.
İran Silahlı Qüvvələri ABŞ hərbi gəmilərinə strateji su yoluna yaxınlaşmamaq barədə dəfələrlə xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az