Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığına ehtiyacı yoxdur”

2026/04/1777549192.jpg
Oxunub: 367     17:41     05 May 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla mümkün müharibə üçün Konqresin təsdiqinə ehtiyacı yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nazir qeyd edib ki, administrasiya ABŞ ilə İran arasında atəşkəs rejimini qorumaqda qətiyyətlidir.

“Biz hesab edirik ki, nəticə etibarilə atəşkəs davam edəcək. Əgər bu pozularsa, bu, prezidentin qərarı olacaq”, - deyə Heqset bildirib.

1973-cü il Hərbi Səlahiyyətlər Qanununa əsasən, prezident Konqresin icazəsi olmadan 60 gün müddətində hərbi əməliyyatlar həyata keçirə bilər.

Qanuna görə, bu müddət başa çatdıqdan sonra Konqresin açıq icazəsi olmadan ABŞ Silahlı Qüvvələrinin istifadəsi dayandırılmalıdır.

Bir çox qanunverici 2026-cı il mayın 1-ni 60 günlük müddətin sonu hesab edir, çünki Tramp martın 2-də Konqresi məlumatlandırıb.

Heqset qeyd edib ki, əgər Tramp hərbi əməliyyatların yenidən başlanmasına göstəriş verərsə, bu məsələ müzakirə olunacaq.

“Belə bir ehtimal həmişə var. İran bunu bilir və bu səbəbdən seçim onların əlindədir. Prezident lazım gələrsə, genişmiqyaslı əməliyyatları bərpa etmək imkanını qoruyur. Əgər İran öhdəliklərini yerinə yetirməzsə, müdafiə qurumu hərəkətə keçməyə hazırdır. Ümid edirik ki, buna ehtiyac olmayacaq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   Tramap   ABŞ  


Bizi "telegram"da izləyin