“Karmod” SAHA 2026-da zirehli təhlükəsizlik kabinələri ilə iştirak edir

2026/05/1777986006.jpg
Oxunub: 501     16:58     05 May 2026    
“Karmod” SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində zirehli təhlükəsizlik məhsullarını təqdim edir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi bu gün başlayıb.

“Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu tədbir 2026-cı il mayın 9-dək İstanbul Sərgi Mərkəzində ziyarətçiləri qəbul edəcək.

“Karmod” SAHA 2026-da zirehli təhlükəsizlik kabinələri ilə iştirak edir.

Şirkətin açıqlamasında fikirlərinə yer verilən “Karmod Kabin”in baş direktoru Zekai Küçük hazır konstruksiya sektorunda 40 illik təcrübələrinə əsaslanaraq müdafiə sənayesinə yönəlmiş dəstəkləyici məhsullar hazırladıqlarını bildirib.

Küçük qeyd edib ki, zirehli təhlükəsizlik kabinləri və zirehli sipər məhsullarını sərgi vasitəsilə daha yaxından təqdim etmək imkanı əldə ediblər və yerli istehsal zirehli təhlükəsizlik qurğuları ilə Türkiyənin müdafiə sənayesindəki inkişafına töhfə verməyi hədəfləyirlər.

O bildirib ki, kabinə istehsalındakı təcrübələri sayəsində müdafiə sənayesi üçün gülləkeçirməz zirehli təhlükəsizlik kabinələri istehsal edirlər.

“Hazırladığımız zirehli sipərlər ilə müdafiə sahəsində məhsul çeşidimizi genişləndiririk. Müxtəlif ehtiyaclara uyğun istehsal etdiyimiz zirehli kabinə və zirehli sipər qalxan modellərimizi sərgi vasitəsilə daha yaxından tanıtmaq imkanı əldə etdik”, - deyə o bildirib.

Küçük əlavə edib ki, tək korpusda 28 kvadratmetrə qədər zirehli kabinələr istehsal edirlər və gülləkeçirməz təhlükəsizlik kabinələri standart olaraq 3 ilə 15 kvadratmetr arasında dəyişən 8 müxtəlif ölçüdə hazırlanır.

O həmçinin qeyd edib ki, istifadə sahələrinə uyğun olaraq bir yük avtomobili ilə daşına bilən 28 kvadratmetrə qədər tək korpuslu istehsal həyata keçirirlər.

“Külləkeçirməz zirehli sipər məhsullarımızı təkli, ikili və üçlü birləşmiş modellərdə istehsal edirik. Təhlükəsizlik qurğularımız korpus və pəncərələr daxil olmaqla bütün sahələrdə BR7 səviyyəsində qorunma təmin edir. Növbə kabinələrinin qapı daxil olmaqla bütün istiqamətlərində müşahidə pəncərələri yerləşdirilib. Pəncərələrdə atəş üçün xüsusi boşluqlar mövcuddur. Hədəf işıqlandırma proyektoru və hücum xəbərdarlıq siqnal sistemləri ilə tam təchizatlı təhlükəsizlik kabinələri istehsal edirik”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karmod   SAHA-2026  


Bizi "telegram"da izləyin