Ordu.az xəbər verir ki, hesabat dünyadakı hərbi inkişafları və güc balanslarını əhatə edən ən geniş araşdırmalardan biri hesab olunur.
Mövcud qlobal reytinqlər müttəfiqlik əlaqələri, təsir zonaları və münaqişə sahələri kimi faktorları nəzərə almadığı halda, M5 hesabatı bütün bu amilləri də qiymətləndirir.
Hərbi güc yalnız silah sayı ilə deyil, həmin silahların imkanları və onları dəstəkləyən sistemlərlə müəyyən edilir. Digər hesabatlardan fərqli olaraq bu sənəddə texnologiyalar və insansız sistemlər də əsas göstərici kimi nəzərə alınıb.
Hesabatda ölkələrin gücü 20-dən çox fərqli faktor əsasında qiymətləndirilib. Silah sayı mühüm olsa da, yeganə meyar hesab olunmayıb.
Daxili risklər, müharibəyə hazırlıq, xarici hərbi bazalar, müdafiə infrastrukturu və digər faktorlar da qiymətləndirməyə daxil edilib.
Hesabatda ilk dəfə hipersəs raketləri və nüvə silahları üzrə geniş təhlil təqdim olunub.
Həmçinin hava, quru, dəniz və ümumi hərbi güc üzrə reytinqlər də hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az