MKE minalanmış ərazilərdə keçid açma sistemini təqdim edib

2026/05/Ekran-1777982733.jpg
Oxunub: 492     15:56     05 May 2026    
MKE ALPAY-2 əməliyyat zamanı minalanmış ərazilərdə mexanikləşdirilmiş bölmələrin və piyada qüvvələrin hədəf bölgəyə təhlükəsiz şəkildə çatmasını təmin etmək üçün MKE mühəndisləri tərəfindən tam yerli və milli imkanlarla hazırlanıb.

Ordu.az xəbər verir ki, “Makina və Kimya Sənayesi” əsrlik təcrübəsi və yüksək mühəndislik imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin döyüş meydanında ehtiyac duyduğu silah və sistemləri inkişaf etdirməyə davam edir.

İstanbul Sərgi Mərkəzində ilk dəfə nümayiş etdiriləcək MKE ALPAY-2 Minalı Ərazilərdə Keçid Açma Sistemi ən yeni texnologiyalı məhsullardan biridir.

Uzaqdan idarəetmə ilə minalar zərərsizləşdirilir

MKE ALPAY-2 əməliyyat zamanı minalanmış ərazilərdə mexanikləşdirilmiş və piyada bölmələrin təhlükəsiz şəkildə irəliləməsi üçün hazırlanıb.

100 faiz elektrik mühərrikinə malik və zirehli platforma üzərində yerləşən sistem tank əleyhinə və piyada əleyhinə minalara qarşı effektiv fəaliyyət göstərə bilir. İnsansız rejimdə uzaqdan idarə oluna bilən MKE ALPAY-2 18 ton çəkidədir və generator dəstəyi ilə 750 kilometr əməliyyat məsafəsinə çata bilir. Çətin iqlim şəraitində işləyə bilən vasitə şaquli yamacları qalxır, xəndəklərdən keçir və istənilən əraziyə təhlükəsiz çatır.

ALPAY-2 üzərində yerləşən 2 sursat kaseti sayəsində çoxsaylı atəş imkanına malikdir. Hər kasetdə olan partlayıcı maddə müəyyən edilmiş minalanmış sahələrə raket vasitəsilə atılır və uzaqdan partladılaraq ərazi təmizlənir. 3 kilometr məsafəyə qədər uzaqdan idarə oluna bilən sistem minalanmış sahədə 10 metr enində və 100 metr uzunluğunda, yerin 1 metr dərinliyində yerləşən minaları zərərsizləşdirərək təhlükəsiz dəhliz yaradır. Ərazinin təmizləndiyi təsdiqləndikdən sonra mexanikləşdirilmiş və piyada bölmələr bu dəhlizdən təhlükəsiz keçid edə bilir.

Dünyada ciddi təhlükə hesab edilən minalanmış sahələr üçün təhlükəsiz həll təqdim edən MKE ALPAY-2 yüksək ixrac potensialı ilə də diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin