Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA EXPO 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi bu gün İstanbul Sərgi Mərkəzində ziyarətçilər üçün qapılarını açıb.
“Pavelsis” quru, hava, dəniz və kosmos sistemləri ilə yanaşı, insansız və robot texnologiyalarının nümayiş olunacağı qlobal platformada iştirak edəcək.
Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi ilə keçirilən və 120-dən çox ölkədən 1700-dən artıq iştirakçını bir araya gətirəcək sərgidə şirkət yerli və milli imkanlarla hazırladığı məhsullarını beynəlxalq arenaya çıxaracaq.
Sərgi müddətində “Pavelsis” hava platformalarının uçuş və kritik missiya funksiyalarını idarə edən “avionik” nəzarət həllərini, alt sistemlər arasında yüksək sürətli məlumat mübadiləsini təmin edən rabitə və məlumat çevirmə qurğularını təqdim edəcək. Bundan əlavə, pilotsuz uçuş aparatlarından tutmuş döyüş təyyarələrinə qədər geniş platformalarda istifadə olunan enerji paylanması sistemləri, hava platformalarına məxsus “servo motor” texnologiyaları və avionik kibertəhlükəsizlik həlləri də şirkətin portfelində önə çıxan istiqamətlərdəndir.
Türkiyənin avionik sahəsində topladığı təcrübəni qlobal səviyyəyə çıxarmağı hədəfləyən “Pavelsis” yeni nəsil həllərini təqdim etmək və yeni əməkdaşlıqlar qurmaq məqsədilə ziyarətçiləri 5-I11 nömrəli stendində qəbul edəcək.
Sərgi mayın 9-na qədər ziyarətçilər üçün açıq olacaq.
Sevinc Əliyeva
Ordu.az