WP: Trampın reytinqi üzrə narazılıq göstəricisi rekord 62%-ə çatıb

2026/04/1777489094.jpg
Oxunub: 393     17:44     04 May 2026    
ABŞ-nin prezidenti Donald Trampa qarşı narazılıq səviyyəsi rekord həddə, 62%-ə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin sifarişi ilə “Ipsos” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub.

Qəzet bildirir ki, Trampın iki prezidentlik dövrü ərzində bu qədər yüksək narazılıq səviyyəsi qeydə alınmayıb. Xüsusilə amerikalılar onun İrana qarşı siyasətindən narazıdırlar (66% əleyhinə, 33% lehinə).

Bundan əlavə, ABŞ sakinləri ölkədəki iqtisadi vəziyyətdən də narazıdır. Belə ki, respondentlərin 76%-i həyatın bahalaşmasından şikayət edib. Eyni zamanda respondentlərin 45%-i prezidentin miqrasiya siyasətini müsbət qiymətləndirib.

Sorğu 2026-cı il aprelin 24-dən 28-dək keçirilib və 2,5 mindən çox insan iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin