“Politico”: Noyabrda keçiriləcək seçkilərdə uğursuzluq Donald Trampı NATO məsələsində mövqeyini sərtləşdirməyə məcbur edə bilər

2026/04/1777489094.jpg
Oxunub: 321     16:02     04 May 2026    
ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyası noyabrda keçiriləcək aralıq seçkilərdə zəif nəticə göstərərsə, Ukraynaya dəstəyi azalda və NATO ilə Avropa İttifaqı ölkələrinə təzyiqi artıra bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti anonim avropalı məmura istinadən yazır.

Nəşrin mənbəyinə görə, Tramp bu addımı əsas seçici bazasının dəstəyini bərpa etmək üçün ata bilər. Məmur ABŞ-nin NATO-ya münasibətinin “daha da pisləşməsi” riskinin mövcud olduğunu bildirib.

Bundan əvvəl ABŞ Müharibə Nazirliyinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, Pentaqon rəhbəri Pit Heqset Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib. Onun sözlərinə görə, qoşunların çıxarılmasının 6-12 ay ərzində tamamlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   ABŞ  


Bizi "telegram"da izləyin