Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılışı zamanı bildirib.
Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putinin növbəti addım barədə qərar verməli olacağı an olacaq - müharibəni genişləndirmək, yoxsa diplomatik yola keçmək. Zelenski qeyd edib ki, Kreml rəhbərini diplomatiyaya yönəltmək lazımdır.
“Rusiya mayın 9-da parad elan edib, lakin həmin paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, bu, uzun illər ərzində onların paradda silah nümayiş etdirə bilmədikləri ilk hal olacaq. Bundan əlavə, Ukraynanın pilotsuz uçuş aparatları da həmin parad zamanı uça bilər”, - deyə Prezident bildirib.
Onun sözlərinə görə, bu, rusların artıq əvvəlki qədər güclü olmadığını göstərir, buna görə də onlara qarşı sanksiyalar vasitəsilə təzyiq davam etdirilməlidir.
Sevinc Əliyeva
Ordu.az