ABŞ-nin ələ keçirdiyi İran gəmisinin heyət üzvləri ölkələrinə qaytarılıb - YENİLƏNİB

2026/02/1772301843.jpg
Oxunub: 508     15:10     04 May 2026    
ABŞ hərbçilərinin Oman körfəzinin sularında saxladığı “MV Touska” konteyner gəmisinin 15 iranlı heyət üzvü İrana qaytarılıb.

Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Pakistandan, ölkənin cənub-şərqində - Sistan-Bəlucistan əyalətində yerləşən nəzarət-buraxılış məntəqəsindən keçərək vətənlərinə qayıdıb.

***

ABŞ Oman körfəzində saxlanılan İranın "TOUSKA" konteyner gəmisinin 22 ekipaj üzvünü azad edərək Pakistana göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" Pakistan XİN-ə istinadən məlumat yayıb.

"İran gəmisi də zəruri təmir işləri aparıldıqdan sonra sahiblərinə qaytarılması üçün yedəyə alınaraq Pakistanın ərazi sularına aparılacaq", - bəyanatda qeyd olunub.

Pakistan XİN bu addımın "etimadın gücləndirilməsi tədbiri" olduğunu vurğulayıb.

"TOUSKA" gəmisi ötən ay Oman körfəzində Tehranın "dəniz quldurluğu" aktı adlandırdığı hücum zamanı ələ keçirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin