Ordu.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
O, telekanala verdiyi müsahibədə qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə mayın 3-ü səhər iki pilotsuz uçuş aparatının Finlandiyanın hava məkanını pozması məsələsini müzakirə edib.
“Mən vurğuladım ki, Finlandiya Ukraynanı dəstəkləyir və onun müdafiə qabiliyyətinə ehtiyacını anlayır. Bununla belə, Finlandiyanın hava məkanının pozulması və pilotsuz uçuş aparatlarının ərazimizə daxil olması qəbuledilməzdir”, - deyə o bildirib.
Orpo əlavə edib ki, Finlandiya pilotsuz uçuş aparatlarına qarşı hava məkanının monitorinqi və müdafiəsi üçün imkanlara malikdir və bu imkanlar gələcəkdə daha da gücləndiriləcək. Bununla belə, o qeyd edib ki, pilotsuz uçuş aparatlarından tam qorunma mümkün deyil.
“Buna baxmayaraq, Finlandiya vətəndaşları gecələr rahat yata bilərlər”, - deyə baş nazir əlavə edib.
Qeyd olunur ki, Finlandiyanın hava məkanının pozulması ilə yanaşı, həmin səhər Ukraynaya məxsus pilotsuz uçuş aparatı Estoniyanın hava məkanını da pozub. Estoniyanın Müdafiə Qüvvələrinin Baş Qərargahının strateji kommunikasiya şöbəsinin rəhbəri, polkovnik Uku Aroldun sözlərinə görə, aparat əvvəlcə Estoniya ərazisinə daxil olub, daha sonra isə sürətlə Rusiya istiqamətinə qayıdıb.
Sevinc Əliyeva
Ordu.az