Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Yaxın Şərqdə hamının gözü qarşısında bu qədər açıq və intensiv şəkildə davam edən münaqişədə demək olar ki, iştirak etməyən dünyanın müxtəlif ölkələri ABŞ-ə müraciət edərək, Hörmüz boğazında bloklanmış gəmilərinin azad edilməsinə kömək göstərilməsini xahiş ediblər. Onların fikrincə, bu vəziyyət qəbuledilməzdir. Bu ölkələrin bu məsələyə heç bir aidiyyəti yoxdur, onlar sadəcə neytral və günahsız müşahidəçilərdir.
İranın, Yaxın Şərqin və ABŞ-nin rifahı naminə biz bu ölkələrə bildirmişik ki, onların gəmilərini bu məhdud su yollarından təhlükəsiz şəkildə çıxaracağıq ki, onlar öz fəaliyyətlərini azad və maneəsiz davam etdirə bilsinlər. Bir daha qeyd edirəm ki, bunlar dünyanın müxtəlif yerlərindən olan gəmilərdir və Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Mən nümayəndələrimə tapşırmışam ki, onları məlumatlandırsınlar: biz onların gəmilərini və ekipajlarını boğazdan təhlükəsiz şəkildə çıxarmaq üçün hər şeyi edəcəyik.
Buna baxmayaraq, onlar bildiriblər ki, həmin ərazi gəmiçilik və digər fəaliyyətlər üçün təhlükəsiz olana qədər geri qayıtmayacaqlar. Bu proses, yəni “Azadlıq” layihəsi bazar ertəsi səhər, Yaxın Şərq vaxtı ilə başlayacaq. Mən tam anlayıram ki, nümayəndələrim İran ilə çox müsbət danışıqlar aparırlar və bu danışıqlar hər kəs üçün çox müsbət nəticələrə gətirib çıxara bilər.
Gəmilərin köçürülməsi yalnız heç bir günahı olmayan insanlara, şirkətlərə və ölkələrə kömək etmək məqsədi daşıyır, onlar sadəcə vəziyyətin qurbanıdırlar. Bu, ABŞ-nin, Yaxın Şərq ölkələrinin, xüsusilə də İranın iştirakı ilə həyata keçirilən humanitar addımdır. Bu gəmilərin bir çoxunda ərzaq və ekipajın sağlamlığını və sanitariya şəraitini qorumaq üçün zəruri olan digər ehtiyatlar tükənmək üzrədir.
Hesab edirəm ki, bu, son aylarda bu qədər qətiyyətlə mübarizə aparan bütün tərəflər üçün mühüm xoş niyyət jesti ola bilər. Əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, buna güc tətbiq etməklə cavab veriləcək”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az