Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, bu hakimiyyət o qədər xırdaçıdır ki, səfirliyin açılış mərasiminə erməni icmasının nüfuzlu nümayəndələrini dəvət etməyib.
“Fransa erməni təşkilatlarının koordinasiya şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyan, Fransa erməni yeparxiyasının rəhbəri Qriqor yepiskop Xaçatryan və digər tanınmış ermənilər dəvət olunmayıb. Əvəzində Ermənistan büdcəsi hesabına həmin tədbirdə iştirak etmək və Parisdə səfər etmək üçün Ararat Mirzoyan və onun yaxın çevrəsi gedib. Açılışda xarici işlər nazirinin həyat yoldaşı, XİN-in baş katibi David Karapetyan həyat yoldaşı ilə, parlamentin deputatı Hripsime Qriqoryan və nazirliyin digər əməkdaşları iştirak ediblər.
Halbuki Ermənistan-Fransa dostluq münasibətlərinə görə biz Ararat Mirzoyana və ya Nikol Paşinyana yox, onilliklər ərzində bu münasibətləri qurmaq üçün çalışan nüfuzlu Fransa ermənisi olan xadimlərə borcluyuq və indi onlar Fransa hakimiyyəti qarşısında çətin vəziyyətdə qalıblar, çünki Fransa tərəfi Ermənistan hökumətinin həmin şəxslərə qarşı nə qədər nankor olduğunu görür”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az