Ermənistan mətbuat azadlığı indeksində geriləyib

2026/04/1775489688.jpg
Oxunub: 246     15:34     01 May 2026    
“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı “Mətbuat azadlığı indeksi 2026” hesabatını dərc edib. Ötən ilin 34-cü yeri ilə müqayisədə Ermənistan geriləyərək dünyanın 180 ölkəsi arasında 50-ci yeri tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşrə görə, üstəlik, geriləmə bütün 5 göstərici üzrə qeydə alınıb və Ermənistanın göstəricisi “problematik” kateqoriyasına aid edilib.

“Hüquq müdafiə təşkilatının qeyd etdiyi kimi, “Ermənistanda media mühiti müxtəlif olsa da, o, qütbləşib”. “Sərhədsiz Reportyorlar” vurğulayır ki, Ermənistanda dezinformasiya və nifrət nitqinin səviyyəsi görünməmiş həddə çatıb və bu, “daxili siyasi gərginlik, ölkə sərhədlərində təhlükəsizlik problemləri və Ermənistanın Rusiya ilə Avropa İttifaqı arasında mürəkkəb vəziyyəti” ilə bağlıdır.

Göstəricilərin azalmasına baxmayaraq, Ermənistan regionda lider olaraq qalır. Gürcüstan 135-ci yeri (təxminən 27 pillə geriləyərək), İran isə 177-ci tutub. Rusiya bir pillə geriləyərək 172-ci yeri, ABŞ isə 57-ci yerdən 64-cü yerə düşüb”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, gözlənildiyi kimi, mətbuat azadlığı indeksində liderlər Şimali və Qərbi Avropa ölkələridir.

“Birinci yerdə, ötən il olduğu kimi, Norveçdir. Onu Niderland, Estoniya, Danimarka, İsveç və Finlandiya izləyir. Sonuncu yerdə isə yenə Eritreya qərarlaşıb və onun göstəriciləri Şimali Koreyadan da aşağıdır.

Xatırladaq ki, 2024-cü ildə Ermənistan 49-cu yeri tutmuşdu”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mətbuat-azadlığı  


Bizi "telegram"da izləyin