Erməni ekspert: “Bu, Ermənistan-Gürcüstan münasibətlərində gərginlik yarada bilər”

2026/05/1777618621.jpg
Oxunub: 351     19:21     01 May 2026    
Aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü keçirilib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan son inkişafları şərh edib

Onun sözlərinə görə, mahiyyət etibarilə, Ermənistandan keçən istənilən nəzəri marşrut Qərb üçün Rusiyadan və İranda yan keçən rabitə xətti baxımından nəzərdən keçirilir.

“Burada Ermənistan üçün ikili vəziyyət yaranır: bir tərəfdən, iqtisadi fəallaşma haqqında söhbətlər, digər tərəfdən isə yeni asılılıqlar. Xüsusilə Türkiyə amili həssasdır. Dəmir yolunun işə salınması qeyri-mütənasib qarşılıqlı asılılıq formalaşdıra bilər və bu halda Ankara nəzəri olaraq Ermənistanın iqtisadi dayanıqlığına təsir göstərmək üçün rıçaq əldə edir.

Eyni zamanda, layihə xüsusilə Gürcüstan üçün regional tarazlığı yenidən formalaşdıra bilər. Qars-Gümrü istiqamətinin fəallaşması Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusiliyini azaldır və bu, qaçılmaz olaraq Tbilisinin tranzit roluna təsir göstərəcək, Ermənistan-Gürcüstan münasibətlərində gərginlik yarada bilər. Lakin əsas məsələ nəzarət məsələsi olaraq qalır: Ermənistanın dəmir yolu sistemi Rusiya ilə imzalanmış müqavilələrlə idarə olunduğu müddətdə “suveren infrastruktur” haqqında diskurs məhdud olacaq”, - deyə Xaçatryan vurğulayıb

Erməni ekspertin qiymətləndirməsinə görə, texniki və əməliyyat nəzarətinin olmaması o deməkdir ki, istənilən geosiyasi təzyiq sürətlə praktiki məhdudiyyətlərə çevrilə bilər.

“Hər halda, əgər blokadanın aradan qaldırılması dəqiq siyasi zəmanətlər, təhlükəsizlik mexanizmləri və infrastruktur üzərində real nəzarətlə müşayiət olunmursa, o zaman bu, inkişaf deyil, asılılığın yeni formasına çevrilə bilər” - deyə o bildirib.

Xaçatryan deyib ki, Gümrü-Axuryan istiqaməti Türkiyə üçün Ermənistan ərazisinə və regiona əlavə giriş kimi nəzərdən keçirilir, halbuki Arazdəyən-Naxçıvan hissəsi Azərbaycan və Türkiyə arasında birbaşa əlaqənin təmin olunması ilə bağlı daha geniş strateji əhəmiyyət daşıyır.

“Bu ikinci istiqamət artıq çox vaxt dəhliz siyasəti kimi xarakterizə olunan proseslərə daxil edilir. Burada prioritet konkret dövlətin suveren nəzarəti deyil, xarici aktorlar üçün sürətli və maneəsiz tranzitdir. Bütün bunların kontekstində Ermənistanın təcridinin aradan qaldırılması barədə ritorika əslində yeni geosiyasi düzülüşə çevrilə bilər. Bu düzülüşdə ölkə məhdudiyyətlərdən azad olmur, əksinə, müxtəlif, xüsusilə türk qüvvələri arasında bölüşdürülmüş təsirlərin qovşağında qalır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan   Xaçatryan  


Bizi "telegram"da izləyin