Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb ediləcək hərbi qulluqçularımız Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, "EFES-2026" çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.
Ordu.az