Erməni vəkil: “Paşinyanın karvanının vurduğu hamilə qadının ölümünə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib”

2026/04/1777197095.jpg
Oxunub: 516     13:50     26 Aprel 2026    
“Dörd il əvvəl bu gün Ermənistan Baş nazirinin avtomobil karvanı Paronyan küçəsində hamilə vəziyyətdə olan gənc qadın Sona Mnatsakanyanı vuraraq onun ölümünə səbəb olub”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Raffi Aslanyan yazıb.

“Bu günə qədər hələ heç kim cinayət məsuliyyətinə cəlb edilməyib, karvanın sürətinə məsul olan rəhbər heyətlə bağlı icraat isə qəsdən istintaq mərhələsində “dondurulub”. Halbuki məhkəmələr həmin icraat üzrə iki dəfə zərərçəkən tərəfin hüquqlarının pozulduğunu qeydə alıb, faktiki olaraq avtomobillərdə işləyən radioəlaqə səsyazma cihazı ilə ekspertiza təyin edilməsini, səs yazısının aşkar edilməsi istiqamətində lazımi tədbirlər görülməsini məcburi sayıb, lakin heç nə edilməyib.

Düşünən hər bir beyin üçün aydındır ki, belə qanunsuzluq elə-belə edilmir. Bu iş Nikol Paşinyanın davranışını, onun sözünün və hərəkətlərinin həqiqiliyini qiymətləndirmək üçün ən yaxşı göstəricidir, hörmətli həmvətənlər...”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aslanyan  


Bizi "telegram"da izləyin