Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə Astanada səfərdə olan Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva səfirliyimizdə olub", - məlumatda bildirilib. Əlavə olunub ki, səfir Ağalar Atamoğlanov ilə keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb:
"Hər iki ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib".
Ordu.az