Erməni nazirlə sakin arasında insident: “Məni söyənə mən də cavab verirəm”

2026/04/Ekran-1777134275.jpg
Oxunub: 513     20:19     25 Aprel 2026    
Amiryan küçəsində “Vətəndaş Günü”nə həsr olunmuş tədbir zamanı erməni sakinlə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan arasında insident baş verib, hadisə zamanı qarşılıqlı təhqirlər səslənib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.

Ermənistanın əmək və sosial məsələlər naziri insidentlə bağlı hər hansı şərh verməkdən imtina edib və sualın erməni sakinə ünvanlanmasını tövsiyə edib.

“Məni söyənə mən də cavab verirəm”, - deyə Torosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Torosyan  


Bizi "telegram"da izləyin