Ermənistan müdafiə naziri strukturu revanşistlərin övladlarından təmizləyir?

2026/04/1777126479.jpg
Oxunub: 806     18:10     25 Aprel 2026    
“Sosial şəbəkələrdə bir neçə gün əvvəl “Güclü Ermənistan” partiyasının təhlükəsizlik məsələləri üzrə komandasının rəhbəri, kəşfiyyatçı Artur Avanesyanın (“Kandaz”) müqaviləli hərbi qulluqçu oğlunun silahlı qüvvələrin xüsusi təyinatlı bölmələrindən birindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Mənbələrin bildirdiyinə görə, Artur Avanesyanın oğlunun müqavilə müddəti başa çatıb və bu müqavilə uzadılmayıb. Ermənistan Müdafiə Nazirliyi rəhbərliyinin bu qərarının siyasi xarakter daşıdığı da istisna edilmir.

Qeyd olunub ki, Artur Avanesyanın özü və “Güclü Ermənistan” partiyası bu mövzuya münasibət bildirməyiblər.

Xatırladılıb ki, “Güclü Ermənistan” partiyasının təhlükəsizlik komandasının rəhbəri, polkovnik, kəşfiyyatçı Artur Avanesyan (“Kandaz”) martın 31-də Anna Hakopyanın 2023-cü il aprelin 1-də Tavusa səfəri zamanı verdiyi “44 günlük müharibə zamanı 11 min fərari olub” açıqlamasını yada salaraq vurğulamışdı: “Bizim əsgərlər fərari deyil, onlar aslan kimi döyüşürdülər, sizin əriniz isə bizim əsgəri silahsız, müdafiəsiz qoydu”.

Bildirilir ki, Anna Hakopyan kəşfiyyatçının videomüraciətini cavabsız qoymamaq qərarına gəlmiş, bunun ardınca isə Nikol Paşinyanın reaksiyası olmuşdu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan   Kandaz  


Bizi "telegram"da izləyin