Ermənistan parlamentinin sədri: “Bizim və Azərbaycanın razılaşması sayəsində iki ildir sərhəddə insan ölmür”

2025/09/1758888657.jpg
Oxunub: 608     18:04     25 Aprel 2026    
“Türkiyə ilə sərhədin bağlı olmasının səbəbi Qarabağ məsələsi olub və o, bununla bağlı yeni heç nə deməyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “NEWS.am”a açıqlamasında deyib.

Jurnalistin Ermənistanın təhlükəsizliyinin zəmanətçisinin Azərbaycan olması barədə sözlərinin yeni fikir olduğu ilə bağlı iradına Simonyan belə cavab verib: “Bu, çox düzgün fikir idi. Əgər biz ikimiz özümüz razılığa gəlməsək, bəs kim razılaşmalıdır? Əgər biz bir-birimizlə razılaşmasaq ki, mədəni söhbət aparacağıq, kimsə bunu bizə zəmanət verməlidir?

Mən israr edirəm ki, bəli, biz onların təhlükəsizliyinin zəmanətçisiyik, onlar da bizim. Siyasətçi olaraq mənim anlayışımda başqa variant yoxdur. Bizim və Azərbaycanın razılaşması sayəsində iki ildir sərhəddə insan ölmür, uşaq ölmür. Bəs kimdir bunun zəmanətçisi ki, iki ildir insan ölməyib, kim? Rusiyadan gəlmiş oliqarx, yoxsa rusiyayönümlü Robert Köçəryan, kim, yoxsa Serj Sarkisyan?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin