Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas, analitik Viktor Nadein-Rayevski deyib.
Onun sözlərinə görə, türk dövlətləri arasında iqtisadi, hərbi və mədəni sahələrdə inteqrasiya prosesləri vahid tarixi və dəyər əsaslarının qurulmasını və genişləndirilməsini nəzərdə tutur.
“Bu, dövlət kimliyinin qorunmasını, xarici siyasət hesablamalarını və gələcəyə yönəlmiş inteqrasiya proqramlarını birləşdirən sistemli yanaşmadır. Məhz bu təbəqələrdə Ankaranın sabit mövqeyi formalaşır”, - deyə Rayevski bildirib.
Alpər Mövludoğlu
Ordu.az