Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.
“O deyəndə ki, TRIPP (Zəngəzur dəhlizi-red.) ətrafında əldə olunmuş razılaşmalar 1828-ci ildən formalaşmış balansı pozub, faktiki olaraq uzun müddət əsasında Rusiya və İran təsir sərhədlərinin, daha sonra isə Moskvanın vasitəçiliyi ilə qurulmuş müqavilə sisteminin dayandığı regional nizamı nəzərdə tutur. Türkmənçay müqaviləsinin xatırladılması burada təsadüfi deyil. Rusiya tərəfi göstərməyə çalışır ki, Cənubi Qafqazın indiki sərhəd və siyasi arxitekturası bu gün formalaşmayıb, onun iki əsrlik dərin tarixi-hüquqi əsası var və bundan yan keçilməsi Moskvada güclərin yerləşməsinin onların ziyanına dəyişməsi kimi qəbul olunur. Overçukun əvvəlki müqavilələrə istinad edən sözləri, mənim qiymətləndirməmə görə, bir neçə məna daşıyır”, - deyə Xaçatryan qeyd edib.
Onun sözlərinə görə, birincisi, Rusiya açıq şəkildə deyir ki, yeni kommunikasiya layihələrinə sırf iqtisadi müstəvidə baxmır.
“İkincisi, Moskva xəbərdarlıq edir ki, Cənubi Qafqazda onun iştirakı olmadan qurulan yeni balansı problemli hesab edir. Üçüncüsü, bu, ABŞ-nin iştirakına reaksiyadır”, - deyə Xaçatryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az