Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir

2026/04/1776278235.jpg
Oxunub: 1130     10:00     16 Aprel 2026    
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar üçün xidmətə qəbul elan edib.

Ordu.az xəbər verir ki, xidmətə qəbul olunmaq istəyən namizədlər müvafiq sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalıdırlar.
30 yaşadək olmalıdırlar.
Fiziki cəhətdən sağlam olmalıdırlar.
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır kişi namizədlər müraciət edə bilərlər.


Daha ətraflı məlumat almaq istəyən şəxslər aşağıdakı ünvan və əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Ünvan: Xızı rayonu, Sitalçay qəsəbəsi, “N” nömrəli hərbi hissə

Əlaqə nömrələri: +994 (55) 259 89 49, +994 (70) 322 15 14, +994 (51) 233 25 34

Xidmətə qəbul olunmaq istəyən vətəndaşlar göstərilən tələblərə uyğun olduqları təqdirdə müraciət edə bilərlər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Çevik-Hərəkət-Qüvvələri  


Bizi "telegram"da izləyin